isaznow.com
Az Iw En Ru

Yaşayış binasının üstünə təyyarə düşüb

ABŞ paytaxtının yaxınlığında Merilend ştatında təyyarənin ikimərtəbəli yaşayış binasının üstünə düşməsi nəticəsində ən azı üç nəfər həlak olub. TASS agentliyi xəbər verir ki, bu barədə Montqomeri dairəsinin rəhbərliyi dekabrın 8-də məlumat verib.

Təyyarə düşən ev tamamilə dağılıb, lakin hadisə zamanı evdə heç kim olmayıb. Ölənlərin hamısı təyyarədə olublar. Qəza nəticəsində başlayan yanğın zamanı qonşuluqda olan iki yaşayış binasına da ziyan dəyib.

Şahidlər bildiriblər ki, təyyarə yaxınlıqdakı hava limanına eniş etmək istəyib, lakin gözlənilmədən hündürlüyü itirərək yerə düşüb. Polis və nəqliyyatda təhlükəsizlik üzrə Milli Departamentinin ekspertləri faciənin səbəblərinin araşdırılmasına başlayıblar.


07:00 09.12.2014