isaznow.com
Az Iw En Ru

Avstriya Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aksel Vexi qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

A.Vex ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


02:54 10.12.2014