isaznow.com
Az Iw En Ru

Bakıda axtarışda olan 7 nəfər tutulub

Bakıda axtarışda olan 7 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, Səbail RPİ 8-ci PB, Nəsimi RPİ 19-cu PB, Xətai RPİ Cinayət Axtarış Şöbəsi 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini, Nail Şirinov, borclu kimi axtarışda olan Vəfai Mustafayev, Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə axtarışda olan Aytən Balayeva tutulublar.

Binəqədi RPİ, Xətai RPİ Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbələrinin əməkdaşları tərəfindən isə borclu kimi axtarışda olanlar - Nuraya Quliyeva, Məhərrəm Heydərov, Azər Səfərov və Ceyhun Həsənov tutulublar.


19:00 10.12.2014