isaznow.com
Az Iw En Ru

Bakıda partlayış həyəcanı yaşanıb

Paytaxtda tapılan qumbara istifadəyə yararlı olub

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qurumları hadisə yerinə cəlb olunub və istifadəyə yararsız vəziyyətdə olan bir ədəd “F-1” markalı əl qumbarası mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.


02:08 12.12.2014