isaznow.com
Az Iw En Ru

Hakimlər “Qarabağ”a imkan vermədilər

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” Bakıda İtaliyanın “İnter” klubunu qəbul edib.

Oyunun 18-ci dəqiqəsində Namiq Ələsgərov sarı vərəqə alıb. 43-cü dəqiqədə “Qarabağ”ın hücumçusu Vüqar Nadirov zədələnərək oyunu yarımçıq qoyub. Onu Namiq Yusifov əvəz edib.

Birinci hissədə Ağdam təmsilçisinin cəhdləri nəticəsiz qalıb – 0:0.

Qurban Qurbanov 60-cı dəqiqədə daha bir əvəzləməyə əl atıb. 60-cı dəqiqədə N.Ələsgərov yerini İlqar Qurbanova verib.

“Qarabağ”ın oyunun son saniyələrində Milan təmsilçisinin qapısına vurduğu qol isə hakimlər tərəfindən qeydə alınmayıb – 0:0.

“Qarabağ”ın yer aldığı F qrupunun digər oyunu – “Dnipro” - “Sent Etyen” matçında isə Ukrayna təmsilçisi minimal hesala qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.


07:00 12.12.2014