

Dağıstanın kəndlərindən birində bir qrup yaraqlı mühasirəyə alınıb. Trend xəbər verir ki, bu barədə cümə günü RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə əsasən məlumat yayıb.
Məlumatda deyilir: "Bir neçə yaraqlı Qurbuki kəndindəki fərdi evdə mühasirəyə alınıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar".
Yaraqlıların dəqiq sayı barədə məlumat verilməyib.
Qeyd edək ki, Dağıstanda vəziyyət gərgin olaraq qalır, mütəmadi olaraq banditlərlə toqquşmalar barədə məlumatlar daxil olur. Üç gün əvvəl güc qüvvələrinin keçirdikləri əməliyyat zamanı “Mahaçqala” bandit qruplaşmasının Osman adlı rəhbəri məhv edilib.
Operativ məlumatlara görə, o, çoxlu sayda qarət və talanların, güc qüvvələrinin və mülki vətəndaşların öldürülməsində, eləcə də terror aktlarının təşkilində iştirak edib.