

Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Kanal24.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz arabir 18-20 m/s-dək güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Azərbaycanın dağlıq rayonlarında da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Aran rayonlarında isə bəzi yerlərdə yağış yağacağı gözlənilir.