isaznow.com
Az Iw En Ru

Ermənistanda müxalifət deputatına hücum olunub

Erməni Milli Konqresi” (EMK) İdarə Heyəti sədrinin müavini, EMK parlament fraksiyasının katibi Aram Manukyan dünən axşam Yerevanda evinin yanında hücuma məruz qalıb. Bu barədə “Novosti-Armeniya”ya  xəbər yayıb.

Polis bu məlumatı təsdiqləyib və hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının çalışdıqlarını əlavə edib.

Polisin mətbuat xidmətinin nümayəndəsi Armen Malxasyan deyib: "İnsidentin baş verdiyi şərait aydınlaşdırılır, zəruri işlər görülür”.

Yerli KİV xəbər verir ki, hücum edən bir nəfər olub. Deputatı xəstəxanaya yerləşdirməyə ehtiyac olmayıb.


20:31 12.12.2014