isaznow.com
Az Iw En Ru

Ebola virusundan ölənlərin sayı 6 mini ötüb

Dünya Səhiyyə Təşkilatı (DST) Qərbi Afrika ölkələrində Ebola virusu qurbanlarının sayının 6388 nəfərə çatdığı barədə məlumat yayıb.

Kanal24 TRThaber telekanalına istinadla xəbər verir ki, təşkilatın rəsmi məlumatına görə, virusa yoluxanların da sayı artaraq 17942 nəfər təşkil edib. Onların böyük əksəriyyəti Liberiya, Qana və Serra-Leone vətəndaşlarıdır.

Məlumatda, həmçinin ölüm faktlarının ən çox Serra-Leonedə qeydə alındığı, Qanada xəstəliyin atım tempinin yüksəldiyi, Liberiyada isə nisbətən zəiflədiyi bildirilir.


16:47 13.12.2014