isaznow.com
Az Iw En Ru

"Qarabağ" UEFA-ya rəsmən şikayət etdi, klubun vitse-prezidenti İsveçrədə görüşlər keçirəcək

"Qarabağ" futbol klubu UEFA-ya rəsmi olaraq şikayət etdi.

Xatırladaq ki, Avropa Liqasının VI turu çərçivəsində keçirilmiş "Qarabağ" - "İnter" (İtaliya) oyununun 90+4-cü dəqiqəsində çexiyalı hakimlər Riçard Almeydanın vurduğu qolu hesaba almayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Nəticədə qrupda 6 xal toplayan Ağdam təmsilçisi 3-cü sırada qərarlaşaraq yarışla vidalaşıb.

Kanal24.az klubun saytına istinadən məlumat verir ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl əldə olan bütün sübutlarla birgə UEFA-ya şikayət məktubu yazılmasını tapşırıb. Tapşırığa uyğun olaraq məktub yazılıb və UEFA-ya göndərilib.

Bundan başqa, T.Gözəl İsveçrəyə getməyə hazırlaşır. O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə "Qarabağ"ın hüquqlarını qorumaq üçün görüşlər keçirəcək. Artıq Avropa Liqası yarışının direktoru Giorgi Marçetti ilə görüş günü təyin edilib.


06:27 14.12.2014