isaznow.com
Az Iw En Ru

Sərvəti dodaq uçuqladan İbrahim Tatlısəs

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bir neçə gün əvvəl mediada yer alan "Sərvəti dodaq uçuqladan məşhurlar" adlı siyahıda adının birinci olmasına əsəbləşib.
 
Siyahıdakı məlumatların səhv olduğunu deyən Tatlısəs, ona məxsus olan və gerçəkdən də dodaq uçuqladan sərvətinin siyahısını açıqlayıb:
 
Seyrantəpədə 1, 5 hektar ərazidə yerləşən böyük kabab restoranı
 
Televiziya  binası
 
"Tatlısəs Şirkətlər Qrupu"nun binası
 
"By Tatlısesgiyim"  şirkətinin mağazaları
 
 "Alarko" yaşayış kompleksində bir villa
 
"Oyak" yaşayış kompleksində yerləşən binanın 3 mərtəbəsindəki bütün mənzillər
 
Şanlıurfada binanın bir mərtəbəsindəki bütün mənzillər
 
Şanlıurfada 3 hektar torpaq sahəsi
 
İzmirdə binanın bir mərtəbəsindəki bütün mənzillər
 
Hadımköy "Günişığı" yaşayış kompleksində 1 villa
 
1 ədəd lüks yaxta
 
2 ədəd sürətli qayıq
 
2 ədəd son model "Mercedes" marka avtomobil
 
3 ədəd son model "Jeep" markalı avtomobil
 
1 ədəd son model "Limuzin" markalı avtomobil
 
20 ədəd şirkət avtomobili
 
Bodrumda 48 mərtəbəli bina və 1 lüks villanın yer aldığı "Tatlıses Paradıse" yaşayış komleksi
 
Bodrumda 6,5 hekatr ərazidə yerləşən 26 otaqlı "Golo Beach" oteli
 
Bodrumda 6,5 hektar torpaq sahəsi
 
Kuşadasında 8 hektar ərazidə yerləşən 6 mərtəbəli 157 otaqlı "Tatlıses" oteli
 
İstanbulda 5 kabab restoranı
 
Televiziya kanalları
 
/atvxeber/

22:52 14.12.2014