

Yaponiyada bir neçə gündür yağan qar nəticəsində dəmir yolunda elektrik enerjisinin kəsilməsi səbəbindən 1,3 mindən çox insan gecəni qatarlarda və vağzallarda keçirmək məcburiyyətində qalıb.
RİA Novosti-nin verdiyi məlumata görə, yerli vaxtla saat 18:30-da qatarların hərəkəti dayanıb və bu hal bazar ertəsi səhər saatlarınadək davam edib.
Bu müddət ərzində qatarlarda istilik sistemi işləyib, sərnişinlərə su və yemək verilib. Sərnişinlərin sağlamlığı ilə bağlı problemlərin olmadığı bildirilir.