isaznow.com
Az Iw En Ru

AFFA və UEFA rəhbərliyi "Qarabağ" - "İnter" oyununu müzakirə etdilər

UEFA baş katibinin müavini Teodor Teodoridis Bakıya bir günlük səfərə gəlib.

Kanal24.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, UEFA rəsmisi bu gün Azərbaycan Futbol Federasiyasının prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” - “İnter” oyunu müzakirə olunub.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da görüşdə iştirak ediblər.


02:38 16.12.2014