isaznow.com
Az Iw En Ru

Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Bəhreyn Krallığının Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


02:55 16.12.2014