isaznow.com
Az Iw En Ru

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hərbiçilərimiz dekabrın 16-dan 18-dək ABŞ-ın Norfolk şəhərində keçiriləcək “Transformasiya komandanlarının konfransı və tərəfdaşların transformasiya komandanlarının “dəyirmi masa”sına qatılacaqlar.

Silahlı Qüvvələrimizin nümayəndələri, həmçinin dekabrın 16-dan 17-dək Ankarada Türkiyə Silahlı Qüvvələri Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi komandanlığının ziyarətində və Bonnda hərbi hüquq üzrə ekspert danışıqlarında iştirak edəcəklər.


18:04 16.12.2014