isaznow.com
Az Iw En Ru

Madriddə Milad Bayramı münasibətilə maraqlı marafon keçirilib

İspaniyanın paytaxtı Madriddə Milad bayramı ərəfəsində maraqlı marafon keçirilib. Təxminən 6 min iştirakçının qatıldığı marafon xeyriyyə məqsədi daşıyıb.

Santa Klaus kostyumunda qaçan böyüklərə elf (meşədə yaşayan sehirli varlıqlar) geyimindəki balacalar da qatılıblar. Şəhərin mərkəzi küçələrindən keçən marafonun uzunluğu 5,5 kilometr olub. İştirakçıların adambaşına ödədiyi 1 avro dünyada yoxsul uşaqlara Yeni İl hədiyyələrinin alınmasına sərf ediləcək./AzerTac/


16:55 16.12.2014