

Ermənistanda məhkum polislər tərəfindən döyülməsindən şikayət edib. Bu barədə “Novosti-Armeniya” yazır.
Cinayət-islah müəssisəsində dustağın şikayət ərizəsində Armavir Vilayəti Polis İdarəsi şöbəsinin əməkdaşları tərəfindən döyüldüyü göstərilir.
Dustağın ərizəsi əsasında cinayət işi açılıb.
Bu il noyabrın 10-da növbəti məhkəmə iclası başa çatdıqdan sonra polislər onun təqdim etdiyi şikayətin qarşısını almaqdan ötrü məhkuma qarşı zor tətbiq ediblər.