isaznow.com
Az Iw En Ru

ANS-ə xəbərdarlıq edildi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Kanal24.az MTRŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, iclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

ANS televiziyasında 11 dekabr 2014-cü il tarixdə saat 16:30-19:00 radələrində efirə getmiş olan “Adam içində” verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 2.8-ci bəndinə zidd olaraq ədəbsiz ifadələrdən (saat 17:40, 17:44) istifadə edildiyinə görə “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.


02:06 17.12.2014