isaznow.com
Az Iw En Ru

Ziya Bünyadov prospekti hər iki istiqamətdə sürücülərin istifadəsinə verildi

Ziya Bünyadov prospektinin əsas yolu bütünlüklə sürücülərin istifadəsinə verilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Kanal24-ə bildirib ki, artıq bu gün saat 16:40-dan Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsi açılıb.

Bununla da Ziya Bünyadov prospektinin hər iki istiqamətdə əsas yolu açılıb. Hazırda köməkçi yollarda son tamamlanma işləri aparılır.

Yaxın günlərdə həmin yollar da istifadəyə veriləcək.


00:23 17.12.2014