isaznow.com
Az Iw En Ru

Ağır cinayətin üstü açıldı

Dekabrın 15-də Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Şamaxı rayonunun Muğanlı kəndində Füzuli rayon sakini Ceyhun Qurbanovun boğulma və üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti “AzSamand” markalı avtomobilinin yük yerində tapılmış və araşdırmalar aparılması üçün Şamaxı RPŞ-yə təhvil verilib.

Kanal24.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş Zaqatala rayon sakini Mark Süleymanov və Ağdam rayon sakini Pərviz Qasımov Zaqatala rayonu ərazisində tutulub və Şamaxı rayon prokurorluğuna təhvil veriliblər.


22:52 17.12.2014