

""Qarabağ" futbol klubunun oyunçularına "İnter"lə göstərdikləri oyuna görə "premiya" veriləcək".
Kanal24.az xəbər verir ki, bu haqda "Qarabağ" futbol klubunun vitse-prezidenti Tahir Gözəl apasport saytına müsahibəsində bildirib.
"Klubun prezidenti Abdulbari Gözəl komandanı dəstəkləyir. Bilirsiz ki, sağlamlığı ilə əlaqədar olaraq, Abdulbari bəy Amerikadadı. İnşallah, tezliklə gələcək. Məndən futbolçulara pul mükafatının verilib-verilməyəcəyi ilə bağlı soruşdular. Dedim ki, "Qarabağ"da o qədər mənəvi bağlılıq var ki, klub rəhbərliyi, baş məşqçi və kapitan olaraq, birlikdə əyləşdik və bu məsələni öz aramızda 10 saniyə ərzində həll etdik. Gözəl bəylə əlaqə saxladıq. O da dedi ki, futbolçulara mükafat verilməlidi, uşaqlar sevinməlidilər. Çünki sona qədər savaşdılar, qazandılar. Gözəl bəyin bu dəstəyi nə deməkdi? Yəni "Qarabağ" qələbə qazandı. Biz özümüzü məğlub yox, qalib sayırıq. Buna görə də, futbolçulara "premiya" veriləcək. Çox şükürlər olsun ki, xalq da bizi məğlub saymır", - deyə Tahir Gözəl bildirib.
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son oyununda Bakıda İtaliyanın "İnter" klubu ilə qarşılaşmışdı. Oyunun əlavə olunmuş dəqiqələrində Riçard Almeyda ilə hesabı açsa da hakim qolu qeydə almayıb.