isaznow.com
Az Iw En Ru

Professor Şirməmməd Hüseynovun 90 illiyi qeyd edilib

Bu gün Bakı Dövlət Universitetinin professoru, görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun 90 yaşı tamam olur.

Bu münasibətlə Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Bakıda tədbir keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov yubilyarı təbrik edərək, onun mətbuat tariximizdəki xidmətlərindən danışıb. O deyib: “Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor Şirməmməd Hüseynovu elm, ziyalılıq, təhsil müstəvisində özümüzə nümunə bilirik. Böyük və maraqlı ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan mətbuat tarixi əsas tədqiqat sahəsi olsa da, Şirməmməd Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdəndir.

Çıxış edənlər Şirməmməd Hüseynovun həyat və fəaliyyətindən danışıb, onun yaradıcılığını yüksək qiymətləndiriblər.


00:06 18.12.2014