

Bu günlərdə Kanal24-ün çəkiliş qrupu Səbail rayonu Badamdart qəsəbəsində yerləşən 329 saylı tam orta məktəbdə olub. Ölkənin təhsil sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi yeni-yeni məktəblərin, ali təhsil ocaqlarının inzibati binalarının müasir standartlar səviyyəsində inşa olunmasının aktuallığını nəzərə alaraq 329 saylı tam orta məktəblə bağlı video-reportaj hazırladıq.
Tərminə Əsədova Kanal24.az-ın suallarını cavablandıraraq, rəhbərlik etdiyi məktəb haqqında ətraflı məlumat verib.
Məktəblə tanışlıqdan sonra ayrı-ayrı sinif otaqlarında dərslərin keçirilmə prosesini izlədik. Müasir tələblərə cavab verən məktəbin müəllimləri səmimi, savadlı və peşəkardılar. Məktəblə tanışlığımız onu deməyə əsas verir ki, ölkəmiz bütün sahələrdə olduğu kimi təhsil sistemində də ciddi uğurlara imza atıb. Və bunun məntiqi nəticəsidir ki, respublikamızın bölgələri ilə yanaşı paytaxt Bakıda da yeni və müasir üslubda məktəblər tikilir. Təhsilin səviyyəsi isə gündən-günə artır. Ümumiyyətlə yeni dövrün tələbləri əsasında xeyli dərəcədə zənginləşdirilən Azərbaycan təhsili, yeni inkişaf dövrünə qədəm qoyub. Qədəmlərin mübarək Azərbaycan təhsili!!!