

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Kanal24.az nazirliyin saytına istinadən xəbər verir ki, xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.
Əməliyyat saat 22:28-də başa çatıb.