

Fransa yığmasının və Madrid “Real”ının aparıcı hücumçusu Kərim Benzema “France Football” jurnalının versiyasına görə 2014-cü il üçün ölkəsinin ən yaxşı futbolçusu elan olunub.
Vesti.ru saytı xəbər verir ki, reytinqdə ikinci yeri “Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqba tutub. Ən yaxşı üçlüyü isə “Real” klubunun müdafiəçisi Rafael Varan bağlayıb.
Benzema İspaniya çempionatının hazırkı mövsümündə 13 oyun keçirərək 8 qol vurub və yeddi məhsuldar ötürmə edib. 26 yaşlı forvard klubunun aparıcı oyunçularından biri olsa da, bombardir rolunda portuqaliyalı Kriştianu Ronaldunun kölgəsində qalıb.