

Bakının Nobel prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin Kanal24.az-a verdiyi məlumata görə, bu gün saat 11:30-dan etibarən Bakının Nobel prospektində aparılacaq xətləmə işləri ilə əlaqədar “Ağ şəhər”dən paytaxtın mərkəzi istiqamətində yolda hərəkət qismən məhdudlaşdırılacaq.
İşlərin bir neçə saat ərzində başa çatdırılması nəzərdə tutulur.