

“ABŞ gələcəkdə Rusiyaya qarşı Polşa, Rumıniya, Türkiyə və Baltik ölkələrindən ibarət ittifaq yaradacaq”.
Bu açıqlama ilə “Stratfor” Analitik Mərkəzinin sədri Corc Fridman çıxış edib. O, ABŞ-ın gələcəkdə Rusiya ətrafında “sanitar dəhliz” quracağını bildirib:
“ABŞ gələcəkdə strateji qərarlar almağa məcbur olacaq. Ya Ukraynadakı vəziyyətə daha aktiv müdaxilə edəcək, ya da NATO içərisində və ya Polşa, Rumıniya, Türkiyə və Baltik ölkələrinin iştirakı ilə NATO-dan kənar bir ittifaq yaradacaq. Hazırda ləng də olsa, bu, reallaşmağa doğru gedir. Bu situasiya Rusiyanı çətin vəziyyətə salacaq sanitar dəhliz olacaq”./axar.az/