isaznow.com
Az Iw En Ru

Dağlıq Qarabağ Ermənistana birləşdikdən sonra AİB-ə daxil olmayacaq

 Belarus Respublikası xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin sözlərinə görə, Dağlıq Qarabağ Ermənistana birləşdikdən sonra Avrasiya İqtisadi Birliyinə (AİB-ə) daxil olmayacaq.

Aleksandr Mixneviç deyib: “Biz narahat idik ki, Ermənistanın tərkibinə daxil olmayan ərazilər Gömrük İttifaqının tərkibinə daxil edilsin. Ermənistan tərəfi bu tələbi, bu istəyi anlayışla qəbul etdi. Müqaviləyə belə bir nota əlavə olundu ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının tərkib hissəsi deyil. Ermənistan tərəfi rəsmi verbal bəyanat verdi”.

Bu gün iclasda Belarus Milli Məclisinin Respublika Şurası Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması haqqında müqavilənin ratifikasiyasını bəyənib.

Bir neçə saat əvvəl sənəd Belarusun Nümayəndələr Palatası tərəfindən təsdiqlənib./AzerTac/



07:05 20.12.2014