

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu dekabrın 20-də Hacıqabulda keçirilib.
Nazirlikdən Kanal24-ə verilən məlumata görə, Şirvan, Hacıqabul, Sabirabad və digər rayonlardan olan 40-a yaxın vətəndaş qəbul edilib.
Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların müraciətlərini diqqətlə dinləmiş, bir sıra müraciәtlər yerindəcə həllini tapmış, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Nazir Şahin Mustafayev qəbula gəlmiş sahibkarların heyvandarlıq, əkinçilik, bağçılıq, çörək istehsalı, turizm, tikinti materiallarının istehsalı, tikişçilik, mebel istehsalı və s. sahələr üzrə təkliflərini də dinlənib, onlarla müzakirələr aparılıb, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılan, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.
Qəbula gəlmiş vətəndaşlar onlar üçün yaradılmış şəraitə və bölgələrdə keçirilən vətəndaş qəbulları zamanı müraciətlərinin həllinə görə dövlət başçısına minnətdarlıq ediblər.