isaznow.com
Az Iw En Ru

Şəhidlər anıldı...

Kanal24.az xəbər verir ki, dekabrın 20-də "Qarabağ Həqiqətlərinin Beynəlxalq aləmə Tanıdılması" ictimai birliyinin nəzdində fəaliyyət göstərən "Şəhidlər muzeyi" ndə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın tanınmış ziyalıları,tələbə-gənclər və onların müəllimləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov, ehtiyatda olan polkovnik Əli Eyvazov," Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Ana harayı" qəzetinin baş redaktoru, "Tərəqqi" medalının mükafatçısı,müharibə veteranı Şamil Sabiroğlu, "Dadaşoğlu" Hüquq Məsləhətxanasının Müdiri Güləli Bağırov, eyni adlı Tədris mərkəzinin Kurs müdiri Vüsalə xanım Şükürova və başqaları çıxış edərək, ölkə ərazisində milli vətənpərvərlik ruhunun qaldırılmasında tele-radionun böyük rolunu qeyd ediblər.
General Əli bəy adını yaşadan Ə.Qasımovun çıxışı zalda əyləşənləri kövrəldib.O, erməni terrorçularının xalqımıza tutduğu "Divan" dan üzüağ çıxmağımız üçün xeyli çalışma etməyin zəruriliyini qeyd edib. 


Müəllif: Şamilə Şamilqızı
07:49 21.12.2014