isaznow.com
Az Iw En Ru

Bakıda bir neçə gün əvvəl adı kütləvi davada hallanan şəxs bıçaqlanaraq öldürülüb

Bir neçə gün əvvəl adı kütləvi davada hallanan şəxs bıçaqlanaraq öldürülüb.

Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 19-u saat 22 radələrində 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1959-cu il təvəllüdlü Yusifov Bərxudar Çərkəz oğlu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ağayev Nurlan Vaqif oğlu üç dostu ilə birlikdə dekabrın 3-də saat 20.00 radələrində sərxoş halda Bakının Binəqədi rayonundakı “909 gecə” adlı kafedə kütləvi davanın iştirakçısı olub. Onlar kafenin inzibatçısı 1980-ci il təvəllüdlü Rüstəmov Səməndər Nihat oğlunu, musiqiçiləri və gözdən əlil sintezator ifaçısını döyüb, sintezatoru isə sındırıblar.


19:29 22.12.2014