

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Media və təhsil dialoqu” mövzusunda konfrans işə başlayıb.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak edirlər.
Konfransda Təhsil Nazirliyinin informasiya şöbəsinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov “Press-relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış edib.
Çıxış edənlər müasir dünyada təhsilin və mətbuatın mühüm rolundan, mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılmasının əhəmiyyətindən danışıb, media–təhsil dialoqu barədə fikirlər səsləndiriblər.