isaznow.com
Az Iw En Ru

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş G.Həsənzadənin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il yanvarın 21-nə təyin edilmiş iclasında baxılacaq.


19:00 22.12.2014