Türkiyənin ədliyyə naziri Bekir Bozdağ haqqında həbs qərarı verilən Fətullah Gülənin Türkiyəyə qaytarılması məsələsinə aydınlıq gətirib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, televiziya proqramlarından birinə dəvət olunan Bekir Bozdağ Fətullah Gülənin həm İnterpol xətti ilə axtarışa veriləcəyini, həm də ABŞ-a onu qaytarması üçün müraciət olunacağını bildirib. O bunun səbəbini isə Gülənin hal hazırda yaşadığı ünvandan qaçmaq ehtimalının olduğu ilə əlaqələndirib.
O həmçinin ABŞ-ın Güləni qaytarmaq tələbini təmin edəcəyinə ümidvar olduqlarını söyləyib.
Bozdağ bu cürə qruplaşmalara tarixdə də rast gəlindiyini və hər dəfəsində tarixin dərinliklərinə qərq olduqlarını bildirib./avropainfo/
19:51 22.12.2014