isaznow.com
Az Iw En Ru

“Allahu əkbər” qışıqıran sürücü 11 nəfəri vurdu

Fransada avtomobillə hərəkət edən kişi “Allahu əkbər” qışqıraraq  bir qrup piyadanı vurub. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident dekabrın 21-də Dijonedə qeydə alınıb. Nəticədə 11 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. “Allahu əkbər” qışqıran kişi əvvəlcə Vilson meydanında 4 nəfəri vurub, sonra daha iki cəhd edərək avtomobili adamların üstünə sürüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, sürücünün niyyəti piyadaları öldürmək olub. Sürücü və avtomobildəki daha iki sərnişin hadisə yerindən uzaqlaşıblar. Bir qədər sonra polis onu saxlayanda da, qışqırırmış: “Fələstin uşaqlarının naminə!”. KİV-də yayılan məlumata görə, o ruhi problemləri olan 1974-cü il təvəllüdlüdür. 


18:55 22.12.2014