isaznow.com
Az Iw En Ru

Türk serialında azərbaycanlı iş adamı

Dekabrın 23-də Türkiyənin “Show TV” kanalında nümayişinə başlanılacaq “Ezra” serialında azərbaycanlı obrazı da yer verilib.
 
Gün.Az “Show TV” kanalının saytına istinadən xəbər verir ki, Türkiyənin serial bazarına böyük iddia ilə daxil olan “Ezra” serialındakı əsas obrazlardan biri Cahangir Hüseynov adlı güclü iş adamıdır.
 
Fələstinin Qəzza bölgəsindən olan Ezra adlı gənc qızın həyatından bəhs edən serial “Leo Media Company” şirkəti tərəfindən çəkilir. Filmdəki baş rollardan biri Cahangir Hüsynov obrazını İsmail Filiz və polis əməkdaşı Mustafanı isə Yusuf Çim canlandırırlar. Əsas Ezra rolu isə Rüveyda Öksüzə həvalə olunub.
 
Ezra kiçik yaşlarında uşaq evindən oğurlanmış bacısının İtaliyaya aparıldığını öyrəndikdə onu tapmaq üçün Qəzzadan qaçır.
 
Ancaq onun mindiyi pirat qayıq Kipr yaxınlığında batır və Ezradan başqa qalan sərnişinlər həlak olur. Ezranı xilas edən dünyanın ən zəngin iş adamlarından biri olan Çahangir Hüseynov elə ilk görüşdə qıza aşıq olur.
 
Eyni zamanda, İstanbul polisinin Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin baş komissarı, “Tək Tapança” ləqəbli Mustafa və köməkçisi Ömər, qanunsuz qızıl kuryeri cildində Çahangirlə görüşə gedirlər. O zaman Ezra ilə Mustafanın yolları kəsişir.
 
Lakin Cahangir Mustafanın polis olduğunu öyrəndikdə, sonuncu oradan qaçmağa məcbur olur. Ezra da Çahangirdən qorxduğu üçün qaçır və Mustafanın yanına sığınmalı olur.
 
Dramatik süjet xəttinə malik “Ezra” serialının nümayişinə dekabrın 23-də “Show TV” kanalında 

01:26 23.12.2014