isaznow.com
Az Iw En Ru

Prezident İlham Əliyev və xanımı bələdiyyə seçkilərində səs verdilər

Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.

Kanal24-ün məlumatına görə, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səs verdi.

Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.


18:53 23.12.2014