

Bələdiyyə seçkilərində cənub bölgəsinin rayonları arasında hələlik masallılı seçicilər ən yüksək nəticə göstəriblər.
Kanal24 xəbər verir ki, saat 15:00-a olan məlumata görə, 70 saylı Masallı şəhər seçki dairəsi üzrə seçicilərin 39,8 faizi, 71 saylı Masallı kənd seçki dairəsi üzrə 39 faizi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə 37,43 faizi, 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 36,47 faizi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə 30,8 faizi səsvermədə iştirak edib.