

Dekabrın 24-də Bakıda “Dövlət Qulluğu Məcəlləsi” layihəsinin ictimai dinləmə və müzakirəsi keçirilib.
Məqsəd layihəyə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması, habelə məcəllə layihəsinin qəbulu zamanı müvafiq məsələlər barədə əhalinin müxtəlif təbəqələrinin təkliflərinin nəzərə alınmasıdır.
Tədbirdə məlumat verilib ki, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsi hazırlanıb və dövlət orqanlarına təqdim edilib. Dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilib.
Çıxış edənlər “Dövlət Qulluğu Məcəlləsi”nin qəbul edilməsi zərurəti və bu Məcəllənin tənzimləməsi ilə bağlı ətraflı məlumat veriblər.
İctimai dinləmədə Komissiyanın səlahiyyətli nümayəndələri, mütəxəssislər və ekspertlər iştirak ediblər.