

Dekabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində QHT-lər tərəfindən həyata keçirilmiş layihələrin yekununa dair “dəyirmi masa” təşkil olunacaq.
Bu layihələrin monitorinqinin aparılması Əlil Təşkilatları İttifaqına (ƏTİ) tapşırılıb.
ƏTİ-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, 2014-cü ildə Bakıda və bölgələrdə sosial xidmətlər, reabilitasiya, maarifləndirmə istiqamətlərində reallaşdırılan layihələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verib.
“Dəyirmi masa”da layihələri icra etmiş təşkilatların təqdimatları olacaq, təkliflər müzakirə olunacaqdır.