

ABŞ-da silahlı insident xəbərini eşidən polislər kiminsə ətrafa atəş açdığı barədə düşünsə də, hadisə yerinə gələndə gözlərinə inanmayıb. Sən demə Vyominqdən olan 46 yaşlı Riçard Fipsi xəstəxanalıq edən onun sevimli köpəyi imiş. Nə qədər qəribə səslənsə də, it odlu silahdan atəş açmaqla sahibini yaralayıb.
Hadisə günorta saatlarında baş verib. Riçard Fibs avtomobillə hərəkət edən vaxt, arxa oturacaqdakı köpək onunla oynamaq qərarına gəlib. Sükan arxasındakı sahibinə doğru atılan it özüdə bilmədən güllə ilə dolu olan Vinçester tipli silahın üstünə düşüb. Bu vaxt itin pəncəsi silahın tətiyini çəkib və Riçard Fips təsadüf nəticəsində ölümdən dönüb.
Xəstəxanaya çatdırılan yaralının həyati təhlükəsi olmasa da, həkimlər o qədər də ürəkaçan olmayan açıqlama verib. Belə ki, itin açdığı atəşlə yaralanan Riçardın qolu kökündən kəsilə bilər. Əlbəttə müstəntiqlər Fipsi başqasının yaraladığı, onun cinayəti ört-basdır etməyə çalışdığını ehtimal edib, amma hadisə yerindən götürülən nümunələr və şahidlərin ifadəsi amerikalını doğrudan da köpəyin güllə ilə yaralıdığını təsdiqləyir.
ATVxəbər