isaznow.com
Az Iw En Ru

Ukraynada qələbə qazanan idmançlarımız Türkiyədə necə qarşılandılar?

Türkiyədə təhsil alan azərbaycanlı gənclər Eldar Əlizadə,Əbülfəz Mehdisoy, Kastamonu bələdiyyəsinin idmançısı Emrah Şahanoğlu Ukraynanın Xarkov şəhərində keçirilən qaydasız döyüş üzrə dünya çempionu adını qazanıblar. Hər üç idmançı qızıl medal layiq görülüblər. Türkiyənin nüfuzlu qəzet və televiziyalar idmançılarımızın qələbəsinə böyük diqqət ayırıb.
Xüsusilə, Kastamonuya qayıdan idmançılarımız Azərbaycan və Türkiyə bayraqları ilə böyük coşqu və sevinclə qarşılanıblar. İki ölkə ilə bağlı şüarlar səsləndirilib.
Kastamonu bələdiyyəsinin rəhbəri Tahsin Babaş,Kastamonu universitetinin rektoru Seyit Aydın idmançılarımız haqqında xoş sözlər deyiblər. İki ölkə bayrağının birgə dalğalanmasından xoşbəxt olduqlarını qeyd ediblər.
Sonda idmançılar bələdiyyə və rektorluq tərəfindən mükafatlandırılıblar.
Onu da xatırladaq ki,idmançılarımız Kastamonu universitetində təhsil alırlar. /Atvxeber/


23:14 24.12.2014