

Hər kəs yeni ili xarici ölkələrin birində, xüsusilə də Avropada qeyd etmək istəyir. Bu marağı nəzərər alaraq Milad bayramının xüsusi qeyd olunduğu Avropa ölkələrindən biri, Almaniyadan süjet təqdim edəcəyik. Milad yarmarkaları ilə ad çıxaran paytaxt Berlindən reportajı ATV-nin Avropa bürosunun əməkdaşı Şahin Abbasov təqdim edəcək. Maraqlı məqamlar var, xüsusilə də yarmarkada alman qızının Azərbaycan mahnısını səsləndirməsi, həmçinin tələbələrin Azərbaycanla bağlı təqdimatı lap yerinə düşür.
Milad yarmarkası, daha doğrusu Milad bazarı. Xristianların ən böyük bayramının ən vacib atributlarından biri. Avropa şəhərələrinin hər birində bayrama az qala bir ay qalmış bu yarmarkalar açılır. Bəzi paytaxt şəhərləri isə buna xüsusi diqqət ayırırlar. Məsələn Berlin kimi. Gün ərzində sayı on minlərlə ölçülən turistlər Milad ərəfəsində Berlinə həvəslə gəlirlər.
Bu ilki Milad bayramına xələl gətirən yalnılz bir şey var. Avropanı demək olar ki, bütün şəhərlərində bu bayramın bəzəyi olan şaxta və qar yoxdur.Hələlik insanlar, məsələn, Berlində belə bir süni buz örtüyü ilə kifayətlənməl olurlar.
Yeri gəlmişkən kiçik yarmarkaların birində beynəlmiləl ab-hava vardı. Müxtəlif ölkələr öz milli geyimlərini, mətbəxlərini nümayiş etdirirdilər. Bizim üçün sürpriz isə, alman qızı Petranın ifasında xalq mahnımızın səslənməsi idi.
Azərbaycan tələbə şəbəkəsində birləşən Berlindəki gənclərimiz səliqə ilə geydikləri milli geyimlər və ləziz şirniyyatla ölkəmizi təmsil edirdilər.
Qış aylarında axşamın çox tez düşdüyü Berlində Milad yarmarkaları da rəngli işıqlara bürünür. Təkcə qar yoxdur. Amma hələ vaxta var. Berlinlilər yeni ilədək qarın olacağına inanır və həvəslə gözləyirlər.
ATVxəbər