isaznow.com
Az Iw En Ru

Bundesliqada vurulmuş qolu müəyyənləşdirən elektron sistem tətbiq olunacaq

İngiltərə Premyer Liqasının ardınca Almaniya Bundesliqası da vurulmuş qolu müəyyən edən elektron sistem - Hawk Eye ilə silahlanır.

 Eeuronews telekanalı xəbər verir ki, bu qərar keçən həftə elita divizionu klubları nümayəndələrinin səsverməsi nəticəsində qəbul olunub. Yeni sistem gələn il iyulun 1-dən tətbiq ediləcək və komandalara ildə 180 min avroya başa gələcək.

Yeni sistemlə bağlı barədə ilk səsvermə mart ayında ikinci divizion klublarının iştirakı ilə keçirilmişdi. Klublarının bir çoxu yüksək xərclərdən çəkindiyindən bu sistemin tətbiqi səs çoxluğu qazana bilməmişdi.

Elektron hakimin tətbiqinin vacibliyi barədə mübahisələr keçən ilin oktyabr ayında Ştefan Kisslinqin “fantom” qolu və Almaniya kubokunun finalında Mats Hummelsin hesaba alınmayan qolundan sonra daha da ciddi xarakter alıb.



18:44 25.12.2014