isaznow.com
Az Iw En Ru

Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib

Dekabrın 25-də Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya İdarəsinin yaydığı məlumata görə, zəlzələnin episentri dənizdə, Miyaqi prefekturasının şərqində, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Ümumilikdə yeraltı təkanlar Miyaqi, İvate və Fukuşima da daxil olmaqla 12 prefekturada hiss olunub. “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru “Tokyo Electric Power Co.” şirkətindən bildiriblər ki, zəlzələ AES-də heç bir problem yaratmayıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb./AzerTac/


18:46 25.12.2014