isaznow.com
Az Iw En Ru

İmişlidə ağır qəza: bir ölü, bir yaralı

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
 
İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, qəza dekabrın 24-də axşam saatlarında İmişli rayonunun Boşçalılar-Sərxanlı kənd yolunda qeydə alınıb.
 
Sarxanlı kəndi istiqamətində hərəkətdə olan, Novruz Vəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobil əvvəlcə körpünün qoruyucu hissəsinə, daha sonra isə betona çırpıb.
 
Nəticədə “VAZ-2107”-də olan sərnişin, 61 yaşlı Qara Hüseynov hadisə yerində keçinib.
 
Avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

 


18:17 25.12.2014