

50 yaşlı adamın beynindən 5 santimet uzunluğunda parazit çıxarıldı
|
||
Kembric universitetinin elm adamları baş ağrıları şikayəti ilə xəstəxanaya müraciət edən xəstənin beynində tenya adlı parazit aşkar ediblər. Xəstənin beynində 4 il ərzində qalan və orada böyüyən bu parazitlə İngiltərə həkimləri ilk dəfə rastlaşdıqlarını bildiriblər. Analitik.az Fokus jurnalına istinadən xəbər verir ki, bu paraziti 50 yaşlı ingiltərəlinin beynindən əməliyyatla götürüblər. Araşdırma zamanı o da məlum olub ki, həmin şəxs 4 il əvvəl Şərqi Asiyaya səfəri zamanı çoxlu çiy qurbağa yeyib. Məhz çiy qurbağa ətindən belə bir parazit əmələ gəlib.
![]() Həkimlər bildirib ki, bu tenyalar əsasən Aralıq dənizi bölgəsində və Şərqi Asiyada olur. İnsan orqanizminə uzunluğu 75 santimetrə, qalınlığı 8 millimetrə qədər böyüyə bilir.
![]() |