isaznow.com
Az Iw En Ru

ARDNŞ-nin Gürcüstandakı fəaliyyəti müzakirə edilib

Bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Hökumət başçısının mətbuat xidmətindən Trend-ə deyiblər ki, görüş ARDNŞ-nin 2014-cü ildə Gürcüstandakı işlərinin nəticələrinə həsr olunub.

Tərəflər görüşdə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasının gedişini müzakirə ediblər. Qeyd edilib ki, bu layihədə Gürcüstana əsas tranzit ölkə qismində baxılır. Layihənin reallaşdırılmasına 2014-cü ilin sentyabrında başlanılıb.

Görüşdə ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn də iştirak ediblər.


07:11 26.12.2014