Azərbaycanda dəmir yolu kənarında yerləşən evlərin sökülməsi ilə əlaqədar xüsusi Dövlət Proqramı hazırlanır.
Kanal24.az "Trend"-ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərov bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC bununla bağlı bütün rəsmi məlumatları artıq Nazirlər Kabinetinə təqdim edib: “Dövlət Proqramına əsasən də bu işlərin icrası ilə bağlı tədbirlər görüləcək. Bu işlərə yalnız Dövlət Proqramı qəbul edildikdən sonra başlanacaq”.
00:19 27.12.2014