isaznow.com
Az Iw En Ru

Gürcüstanın baş naziri Mixail Saakaşvilini xalq düşməni adlandırıb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilini xalq düşməni adlandırıb.

 

 Gürcüstan mətbuatının verdiyi məlumata görə, İ. Qaribaşvili ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Saakaşvilinin gürcü hərbçilərini Ukraynada döyüşmək çağırışını biabırçılıq kimi dəyərləndirib.

 

“Bir çox cinayətlərdə ittiham olunan Saakaşvili və onun komandasının üzvləri hərbçilərimizə Gürcüstan vətəndaşlığından imtina etmək və Ukraynada döyüşməyə dəvət etmələri birbaşa xəyanət və xəyanətə çağırışdır. Saakaşvili ölkəmizin və xalqımızın düşmənidir. Sabiq ali baş komandanın etdikləri biabırçılıqdır”, - deyə o vurğulayıb./APA/

 


01:31 27.12.2014